Az-Granata Ağsu

Ağsuda yerləşən Az-Granata zavodu 8.8 hektar ərazidə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 kvadratmetrdir. İstehsalat sahəsi 15000 kvadratmetr olan zavodun örtülü köməkçi sahəsi 5500 kvadratmetrdir. Zavod ətrafında 24000 kvadratmetr ərazi yaşıllaşdırılmışdır. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. İllik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir. Daha ətraflı məlumat üçün video linki izləyə bilərsiz.